Çexiyanın Moravia bölgəsində şiddətli tornado nəticəsində 150 nəfər xəsarət alıb. Çox sayda tikili dağılıb.
Metbuat.az xəbər verir ki, dağıntılar altında insanların qaldığı güman edilir. Bölgəyə çox sayda xilasedici cəlb edilib.
Güclü küləyin daha çox zərər vurduğu Hriski rayonunun bələdiyyəsindən bildirilib ki, rayondakı tikililərin yarısı dağılıb. 100 illik ağaclar kökündən çıxıb.




























