Avropa Parlamentində erməni vəhşiliyindən danışıldı
27 baxış
Son xəbərlər
Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi, münaqişə zonasında qətlə yetirilən mülki əhali, xüsusən də azyaşlı uşaqlar barədə məlumat verilib. Ermənistan silahlı birləşmələrinin zaman-zaman atəşkəs rejimini pozaraq, cəbhə bölgəsində yaşayan yerli əhalini hədəf aldığı, təxribatlar törədərək, azyaşlı uşaqları qətlə yetirdiyi diqqətə çatdırılıb. Ölkəmizi toplantıda təmsil edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu ilin iyul ayında Füzuli rayonunun Alxanlı kəndində amansızcasına qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva barədə məlumat verib. Ermənistanın beynəlxalq hüquq normalarını və xüsusəndə Cenevrə Konvensiyasını kobud şəkildə pozduğunu və dinc əhaliyə, uşaqlara və körpələrə qarşı qətliam törətdiyini vurğulayıb. Avropa Parlamentinin üzvləri və toplantıda iştirak edən beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri məsələ ilə bağlı araşdırma aparacaqlarını və müvafiq qətnamə qəbul edəcəklərini bildiriblər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.