AZ
Video yüklə

Aviareyslərinin gediş-gəliş qaydaları

50 baxış Son xəbərlər
AZAL aviaşirkəti, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını açıqlayıb.

Aviaşirkətdən APA TV-yə bildirilib ki, qaydalara əsasən Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında daimi yaşayan sərnişinlər uça bilər. Bunun üçün aviaşirkətin müntəzəm reysləri həftədə bir dəfə, cümə axşamları yerinə yetiriləcək.

Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovağzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən yola düşəcək adamları müşayiət edən şəxslərin aerovağzal binasına girişi qadağandır.

İnsanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın şəhərdəki aviabilet satış ofisləri bağlanıb, biletləri isə yalnız aviaşirkətin saytından əldə etmək mümkündür.

Naxçıvandan Bakıya isə yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya gəlmələri isə qadağandır.

Bakıya gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.