AZ
Video yüklə

Anar Nəcəflinin efirdə ciddi səhvi

53 baxış Son xəbərlər
“ARB Xəbər”in aparıcısı Anar Nəcəfli xəbərlər proqramına başlayan zaman maraqlı səhvə yol verib.

Axar.az xəbər verir ki, bu barədə aparıcı özü video paylaşıb. Belə ki, Anar Nəcəfli xəbərlər proqramının əvvəlində tamaşaçılarla salamlaşan zaman yanlışlıqla sağollaşıb. Lakin aparıcı peşəkarlıqla vəziyyətdən çıxıb və səhvini düzəldib.

Sözügedən videonu aparıcı, “Salamlaşmaq əvəzinə az qala sağollaşacaqdım. “ARB Xəbər”in ötən gün efirə getmiş daha bir maraqlı buraxılışı”, sözləri ilə paylaşıb. Aparıcının maraqlı səhvinə sosial şəbəkə istifadəçiləri tərəfindən də gülməli reaksiyalar verilib.

Qeyd edək ki, Anar Nəcəfli həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibidir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.