Aktrisa AZAL-ı sərt tənqid etdi

  • Dünən 16:29
  • 0

Xəbər verildiyi kimi, yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib. AZAL-ın açıqlamasında bildirilirdi ki, aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar.

Ucnoqta.az xəbər verir ki, sərnişinlərə heç də AZAL-ın dediyi kimi münasibət göstərilməyib. Bu barədə aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında görüntülər paylaşıb. Aktrisa içərisində xəstə, yaşlı, uşaqların olduğu 100-dən çox sərnişinə göstərilən laqeyd münasibətdən danışıb. AZAL-ın heç bir əməkdaşının onlarla maraqlanmadığını qeyd edib.

Nə düşünürsən?