Akademik Zərifə Əliyevanın xatirəsi anılıb
9 baxış
Son xəbərlər
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, TƏBİB və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə ilk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib, onun haqqında hazırlanmış sənədli film izlənilib.
Açılış nitqi ilə çıxış edən Vüsar İsmayılov Zərifə xanımın peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. V.İsmayılov həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənilərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.
Tədbirdə həmçinin göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyətinin danılmaz olduğu diqqətə çatdırılıb. Onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.