Ağdamda minatəmizləmə əməliyyatları davam edir
57 baxış
Son xəbərlər
FHN-İN Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı və istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və müharibə qalıqlarından təmizlənməsi prosesi əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır:
Qeyd edək ki, ən müasir avadanlıqlarla təchiz olunan xüsusi təyinatlı alayın əməkdaşları bu sahədə müvafiq kurslarda iştirak edərək akreditasiyadan keçiblər.
İstehkamçılarla birgə Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də minaların aşkarlanması və zərərsizləşdirilməsi işlərinə cəlb edilib. Təhlükəsizliklə bağlı bir daha vətəndaşlara qanunsuz yollarla minalanmış ərazilərə keçməmək, Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal FHN “112”, DİN-in 102 qaynar xəttinə məlumat vermələri tövsiyə olunur.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.