Afət Fərmanqızı keçmiş həyat yoldaşını biabır etdi

  • 2 gün öncə 13:23
  • 0

Müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında canlı yayım açaraq keçmiş həyat yoldaşının ünvanına bəzi ittihamlar səsləndirib.

 

O, boşandığı əri Mamed Nanacanovun dəfələrlə ona xəyanət etdiyini və psixoloji problemləri olduğunu iddia edib:

 

“Balta Mamed əlində balta ilə küçələrdədir. Buradan onun yiyəsinə dəfələrlə səslənmişəm, yiyəsi də susur. Zatən yiyəsi də yoxdur. Bu barədə polisə də müraciət etmişəm, qısa zaman ərzində şikayətim rəsmiləşdiriləcək. Mən istəmirdim bu cür olsun, ayrılığımız mədəni olsun istəyərdim, amma bu, belə adamlara aid deyil. Bu cür başdan xarab, alfons insanlarla mədəni ayrılmaq olmur. Harada pullu xanım var idisə, ona yazırdı. Mən indiyə qədər bu barədə danışmamışam, amma artıq ekran görüntülərini də paylaşacağam. Çünki bunları özü istədi.

Hərdən düşünürəm ki, görəsən, mən kasıb olsaydım, 20 il bundan əvvəlki Afət olsaydım bu insan mənim arxamca bu qədər sürünərdimi? Məncə, yox. Mən onun xəyanətini 3 dəfə tutmuşam”.

 

İfaçının sözlərinə görə, keçmiş həyat yoldaşı onun həmkarı olan qadınlara da mesajlar yazıb:

 

“Harada imkanlı xanım sənət yoldaşlarım varsa, onlara yazıb. O xanımların heç bir günahı yoxdur. Hətta sənət yoldaşımın biri ona yazıb ki, axı siz mənim həmkarımın həyat yoldaşınız? Ona cavab verib ki, mən Krasnodarda yaşayıram.

 

Bu adam xəstədir, başı çatmır. Mən onu tanıyanda özünü tamamilə maskalamışdı. 1 il yarımdan sonra əsl üzü ortaya çıxdı. Özü də gücü ancaq xanımlara çatır, bir dəfə görmədim ki, hansısa kişi ilə söhbətə gedib vuruşa.

Mən onu yola verirdim, çünki ikinci dəfə ailə dağıtmaq çətindir. Mən oğlumun atası ilə ayrılsam da, mədəni insanlar olaraq onun toyunda bir araya gəldik.

 

Bəs sən niyə pullu qadından əl çəkmirsən?! Bunun adı alfonsluq deyilmi?!

Birinci xanımına pozğun damğası vurmuşdu. Mən sonradan o xanımı tanıdım, çox gözxəl, əxlaqlı, namuslu bir qadın idi. Mən onda bu insana nifrət etdim ki, gör necə şər-xata biridir. Namuslu bir qadına şər atırdı. Atalar deyib ki, əxlaqsız hamını əxlaqsız olaraq, oğru da hamını oğru olaraq görür.

 

Mən onun böyüklərinə səslənirəm, Kəpənəkçi kəndində bir əmisi var, ona səslənirəm, bu adamı qıçınıza bağlayın! Bu, xəstədir. Mən aidiyyəti orqanlara müraciət etmişəm, çünki dəfələrlə xəbərdarlıq etsəm də, məhəl qoymadınız. Bu, psixopatı yanınızda saxlayın! Balta Mameddir!”

Nə düşünürsən?