AZ
Video yüklə

ADU-da Məzun günü keçirildi

9 baxış Son xəbərlər
Azərbaycan Dillər Universitetində məzun günü keçirildi. Tədbirdə Təhsil Nazirliyindən nümayəndələr, Pakistan, B.Britaniya, İsrail, Avstriya, Rusiya və başqa ölkələrin Azərbaycandakı səfirləri, Universitetin fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak etdi. Universitetin həyətində keçirilən Məzun günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra isə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman əsgərlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Giriş sözü ilə qonaqları salamlayan Universitetin rektoru Kamal Abdulla məzun adını qazanan tələbələri təbrik etdi, gələcək karyeralarında uğurlar arzuladı, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə etdi. Rektor onu da qeyd etdi ki, universitetin qarşısında duran mühüm vəzifələrdən ən önəmlisi ölkəmiz üçün yüksək ixtisaslı, savadlı milli kadrlar hazırlamaqdır.

Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarının təqdim olunma mərasimi də keçirildi, təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verildi.

Daha sonra isə tədbirə qonaq gələn səfirlər də çıxış etdi və onlar məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Məzun gününün rəsmi hissəsi bitdikdən sonra mərasim əyləncəli hissə davam etdi. Məzunlar, müəllimlər və rektor kollektiv şəkil çəkdirdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.