Pakistanda üçüncü kursda oxuyan tibb fakültəsinin tələbəsi evlənmə təklifini qəbul etmədiyi şəxs tərəfindən güllələnərək öldürülüb. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Aasma Rani adlı gənc qızın ölüm yatağındakı anları kameraya çəkilib. Aasma qatilinin adını söylədikdən bir neçə dəqiqə sonra dünyasını dəyişib.