2 maya olan hava ilə bağlı xəbərdarlıq!
1 554 baxış
Son xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 10-13, gündüz 18-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. Sabah Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.