Onilliyin ən uğurlu musiqiçisindən yeni mahnı

  • 22.12.2020
  • 0

Daha çox "Shape of you" mahnısıyla tanınan məşhur Britaniyalı müğənni Ed Şiran bir müddət işinə ara verdikdən sonra pərəstişkarlarını Yeni il qabağı sevindirmək qərarına gəlib. BiG.AZ xəbər verir ki, o, "sürpriz" adlandırdığı yeni "Afterglow" ("Qürub") mahnısına klip çəkdirib. "Salam, dostlar. "Afterglow" ötən il yazıb təqdim etmək istədiyim bir mahnıdır. Bu, növbəti albomumun ilk sinqlı deyil, sadəcə bəyəndiyim bir mahnıdır. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Zövq alın! Sizə xoş tətillər və gözəl Yeni il arzulayıram. Hələlik isə evə qayıdıram. Öpürəm. Çao", - deyə müğənni dinləyicilərinə səslənib.