Türkiyədə 117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb

  • 25.01.2021
  • 26 baxış
  • 0

Türkiyənin Yalova şəhərinin Çiftlikköy rayonunda yaşayan 117 yaşlı Zeliha Barlas adlı qadın əlləri ilə hördüyü rəngarəng 115 cüt corabı Silahlı Qüvvələrə bağışlayıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nənənin əl işi ağır şəraitdə xidmət edən Şırnakdakı Kureşin Təpə bazasındakı hərbçilərə təhvil verilib. Həmçinin əsgərlərə Z.Barlasın səmimi məktubu da paylanıb. Zeliha nənənin məktubunu oxuyan mehmetçiklər corabları geyərək əməliyyat hazırlığına başlayıb. Hərbçilər corabları geydikdən sonra bölgədəki PKK terror təşkilatına qarşı kəşfiyyat, müşahidə və dinləmə fəaliyyətinə keçiblər. Nazirlik məlumatında Z.Barlasa xüsusi təşəkkürünü bildirib: “Soylu millətimizin qəhrəman övladlarını unutmayaraq bir-birindən gözəl corabları mehmetçiklərimizə bağışlayan, xeyir-duası ilə Türkiyə Silahlı Qüvvələrimizə dəstək olan 117 yaşındakı Zeliha nənəmizə bir daha təşəkkür edir, sağlam və xoşbəxt uzun ömür diləyirik. Zeliha nənəmizin əllərindən öpürük...”

Nə düşünürsən?