15 000 arı maşına doluşdu

  • 02.04.2021
  • 0

ABŞ-ın Las-Kruses şəhərində mağazanın kənarında dayanan maşının içinə 15 min arı doluşub.

Azmedia.Az xəbər verir ki, bu barədə "People" yazır.

Belə ki, martın 28-də ticarət mərkəzindən çıxıb maşınına yaxınlaşan adam aldıqlarını avtomobilə qoyaraq yola düşmək istədikdə arxa oturacağa arıların "hücum çəkdiyini" görüb və yanğınsöndürmə xidmətinə müraciət edib.

Hadisə yerinə gələn xilasedicilər insanların təhlükəsizliyini təmin etmək üçün ərazini mühasirəyə alıb.

Bundan sonra yanğınsöndürənlər arıçılıqla maraqlanan və həmin gün istirahətdə olan Cessi Consonu yardıma çağırıblar.

O, hadisə yerinə şəxsi avadanlıqla birlikdə gəlib və iki saata arıları arıxanaya yığaraq özü ilə aparıb.

Bu müddət ərzində arılar ticarət mərkəzinin mühafizəçisini sancıblar. Digər "qurban"lar haqqında məlumat verilmir.

Nə düşünürsən?