Qoşasaitli və qoşasamitli sözlərin yazılışı | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 4

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı


4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən

alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə,

ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.

4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk

samiti [b kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu,

hoppanmaq, şappıltı, tappıltı, toppuz və s.

4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk

samiti [g kimi tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb,

mütəkkə, səkkiz və s.

4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk

samiti [d kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s.

4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk

samiti [q kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət,

doqquz, nəqqaş, saqqal və s.

4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan

Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır:

aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.

4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır:

fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s.

Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa

samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən,

sirr – sirlər və s.

Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz

şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.

4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər

bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s.

4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər

bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.

4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s

ilə yazılır: ekspres, konqres, kros, bras, stres.

Qeyd. Press (mətbuat) sözü istisnadır.


Musiqi: We Share This NEW 2:46 Freedom Trail Studio Caz & Blyuz | Sakit

Nə düşünürsən?