Qarnından əməliyyat olunan modelin ayağını kəsdilər

  • 17.06.2020
  • 0

2012-ci il "Kainat gözəli” yarışmasının iştirakçısı olan kolumbiyalı model, aparıcı Georgis Daniella Alvarez qarnındakı xala bənzər kütləni əməliyyatla xaric etmək üçün bıçaq altına uzanıb. Sondakika.com xəbər verir ki, əməliyyatı zamanı 32 yaşlı modelin sol ayağına qan axını dayanıb. Bu zaman həkimlər onu həyatda saxlamaq üçün həmin ayağını amputasiya etməli olublar. O, xəstəxanadan dostları ilə şəkil paylaşaraq, bədənini əvvəlki kimi sevdiyini, başına gələn çətinliklərin öhdəsindən gəlmək üçün həyatda olduğunu və bunun üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

Nə düşünürsən?