“Paşinyanın atası türkdür” - Şok iddia

  • 20.07.2023
  • 0

44 günlük savaşda məhv edilən qanunsuz erməni silahlılarından biri Mxitar Qaleyanın atası və əmisinə qarşı cinayət işi qaldırılıb.

Qaleyanların istintaqa cəlb olunmasının səbəbi dəfələrlə ictimai asayişi pozmaqlarıdır.

Belə ki, onlar müxtəlif tarixlərdə qanunsuz mitinqlərdə iştirak etmə, digərlərinə qarşı kobud rəftarda günahlandırılırlar. İlk dindirilmədən sonra “Hraparak” nəşrinə müsahibə verən 48 yaşlı Qaleyan onu həbs etmək istəyənlərin ƏSLƏN erməni olmadığını bildirib. Qaleyanın fikrincə, NİKOL Paşinyanın da atası türkdür. Erməni analitiklərin fikrincə, Qaleyanın belə düşünməsinə səbəb İrəvanın Bakı ilə sülh sazişi imzalamaq istəyi, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

Çünki Qaleyanın oğlu Hadrutda hərbi xidmət edib, yəni erməni quldur silahlı dəstələrinin üzvü olub. Və buna görə də II Qarabağ savaşında – 2020-ci ilin 1 oktyabr tarixində Qaraxanbəylidə zərərsizləşdirilib. Ümumiyyətlə Ermənistanın hazırkı ictimai-siyasi həyatı revanşist və realist mövqeli insanların fikir ayrılıqları ilə doludur. Revanşistlər qisas əhaval-ruhiyyəli ermənilərdir və onların intiqam istəyi məntiqsiz adlandırılır. Erməni politoloqlara istinad etsək, İrəvandakı qisas külünü közərdənlər Qarabağda sülh istəməyən qüvvələrdir. Daha doğrusu, hazırda siyasi oyunlardan kənarda qalan və Rusiyanın himayəsində olan Ermənistan müxalifətidir. Ermənistanın realist kəsimi isə yaşadıqları ölkənin blokadadan çıxması və 2 əsrdir ki, orada beyinlərə sırınan antitürk ideologiyasının aradan qalxmasının tərəfdarıdır. Həqiqət isə ondan ibarətdir ki, İrəvanda bu tip realistlər çoxdur, yoxsa Paşinyan hakimiyyətdə qalmazdı.