Novxanı ağsaqqalı Nuhbala Ağayev kənd hadisələrindən danışdı: - deməli olan şeydi, bir var şişirdəsən bir var həqiqi olan şeydi, bizim bazarlığımız həm satmağa üzümü, ənciri həmdə almağa kömürçü bazarına gedərdik bineyi qədimidən. Vəli Axundovun sürücüsü idi Əziz əmi, deməli bu gedib şəhərə. Kəndlidir kəndli formasını geyinib şal-çarıq ayağında şələ papaq başında. Üzü qışa gedir, gedib özü üçün paltar almağa, inanmayacaqsız ama mənim borcumdur olanını deməyə, döyülən adamlardan birinin sayını az deyəcəm. Tramvayda gedəndə görüblər şələ papaq, ayağında çarıq, 8 maryak buna sataşıblar...