Novxanı ağsaqqalı Nuhbala Ağayev Haqqında söhbət açacağımız kənd Xəzər dənizinin sahilində yerləşir, keçmiş bağları ilə insanların yaddaşında xoş xatirələr ilə qalan Abşeronun qədim və müasir koloritlərini özündə əks etdirən başqa kəndlərdən ənciri və üzümü ilə fərqlənib zəfəran, püstə və badamı ilə məşhur olan Novxanı kəndindən bəhs edəcəyik. Sərin və mülayim havası kimi insanlarıda xoş xasiyyətli gülər üz və qonağ pərvərdilər. Elə Nuhbala əmi kimi. Yaddaşında keçmişdəki kişilərdən yığılıb qalan xatirələrlə yaşayan heç vaxt yoruldum deməyən insanın dilindən, kəndin keçmişdəki adətlərindən, insanların bir birlərinə olan münasibətindən, kənd hadisələrindən və əsl kişilərdən danışdı Nuhbala əmi.