Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Nizami Gəncəvi ili ilə əlaqədar "Şeyx Nizami" filminin təqdimat mərasimi keçirildi. Həmin kinoda 1982-ci ildə rol almış xalq artisti Həmidə Ömərova və əməkdar artist Əhməd Salahov təqdimatda iştirak etdilər. Onlar kinonun çəkilişindəki maraqlı anları və öz xatirələrini bölüşdülər. Bununla yanaşı tədbirdə Akademik Milli Dövlət Dram Teatrının aktrisası Şəhla Əliqızı və muğam ifaçısı Seyran Əliyev öz ifaları ilə tamaşaçı rəğbətini qazandılar. Ətraflı videoreportajdan izləyə bilərsiz.