Erməni terrorunun izi ilə
7 baxış
Maraqlı xəbərlər
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlarda 20 minə yaxın günahsız insan, o cümlədən xeyli sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnən qanlı cinayət hadisəsindən 105 il ötür. Erməni daşnaklarının bolşeviklərlə birgə törətdiyi qırğınlar təkcə Bakı ilə məhdudlaşmayıb. Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc azərbaycanlıya qarşı qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib. 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.
Ermənilərin insaniyyətdən kənar vəhşilikləri bununla da bitmir. Soydaşlarımızın Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri 1980-ci illərin əvvəlindən geniş vüsət alıb. Miqyas baxımından etnik təmizləmə siyasətinin ən dəhşətli mərhələsi 1988-1991-ci illərə təsadüf edir.
O dövrdə Qarabağ və ətraf əraziləri Ermənistana birləşdirmək istəyən ermənilər üçün Qərbi azərbaycanlılar ciddi maneəyə çevrilmişdi. Erməni hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə soydaşlarımızın deportasiyası nəticəsində 250 min azərbaycanlı qaçqın düşüb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ən qəddar cinayətlərdən biri olan 20 Yanvar, yaxud da Qanlı Yanvar kimi bilinən faciə baş verdi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakı və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
Yanvar hadisələrindən cəmi 2 ay sonra, martın 24-də Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Kənd İcevan-Noyamberyan yolu üzərində olduğundan ərazinin işğalı xüsusi plan əsasında həyata keçirildi. Mülki əhalinin işgəncələrlə qətlə yetirilməsi, diri-diri yandırılması faktlarla sübut edildi.
Qarabağda soydaşlarımız yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi də öncədən hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl- 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. 613 nəfərin öldürüldüyü Xocalı soyqırımı isə işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlılara yönəlik soyqırımı cinayətlərinin ən dəhşətlilərindən oldu.
1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də ermənilərin cinayət əməlləri davam etdi. Ağdaban faciəsi insanlıq tarixinə qara ləkə olaraq daxil oldu. Səbəb 130 evdən ibarət kəndin tamamilə yandırılıb yer üzündən silinməsidir. Baş verən faciə zamanı 779 nəfər dinc sakinə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində baş verən, tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciədə 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib. Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilərin törətdiyi qətliam isə 113 günlük mühasirə, 27 qətl və 19 girov faktı ilə tarixə düşdü. Miqyasına görə Xocalı qətliamından kiçik olsa da, mahiyyət baxımından heç də Xocalıdan geri qalmır.
Qısa xatırlatma etdiyim bu qanlı-qadalı faciələr ötən əsrdə qalmadı. XXI əsrdə də bənzər hadisələrlə məhz 44 günlük Vətən müharibəsi dövründə qarşılaşdıq. Daha doğrusu, tərəflər arasında humanitar atəşkəsə riayət olunması haqda razılıq əldə edildiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin dinc əhalinin yaşadığı ərazilərdə terror aktları törətməkdən çəkinmədiyinə şahidlik etdik. Azərbaycanın ikinci böyük şəhəri Gəncə bir neçə dəfə ayrı-ayrı zamanlarda bombalandı. Bərdədə yaşanan hadisələr ermənilərin terrorçu əməllərini təsdiqlədi. Bənzər kriminal əməllər Tərtər, Mingəçevir, Goranboy və digər şəhər və kəndlərimizdə, hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Məhz bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə əlaqədar Ermənistan tərəfi heç şübhəsiz, beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli, beynəlxalq qurumlar ədalət naminə prinsipiallıq nümayiş etdirməlidir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.