Buzovnadan olan serial reportajımız davam edir. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Buzovna adının yaranması "buzov" bəzi məndələrdə isə boz oğuz sözü ilə əlaqələndirilir. Aktyor Mİrzə Ağabəyli kəndin adının yaranmasından, dini abidələrin kimlər tərəfindən dağıldığını, qazıntılar zamanı qədim dövrə aid tapılan insan kəllə sümüyünün üzərində olan cəza tətbiqi növündən və digər marağlı tarixi hadisələrdən bəhs etdi.