Diş düzəldəndən sonra soyuq suda sörfinqə gedirlər
21 baxış
Maraqlı xəbərlər
- Həkim, reportaj üçün sizə hansı gün uyğundur?
- Cümə günü qəşəng cənub küləyi olacaq. Məncə, o gün olar.
Nə yalan deyim, indiyə kimi müsahibimdən hələ belə cavab almamışdım. Daha çox günlük-günəşlik günlərə üstünlük versək də, bu dəfə küləyin olacağına sevinirik.
Ancaq sonradan çəkiliş əsnasında küləyin reportajımız üçün nə dərəcədə vacib bir amil olduğunu gördük. Adından göründüyü kimi, külək sörfinqi.
Müsahibim stomatoloq Elnur Həsənlidir. Onun haqqında elə xəstələrindən xəbər almışam. Onlar həm də həkimin əl işi ilə yanaşı, xoş əhvalından və məşğul olduğu maraqlı idman növlərindən danışırdılar. Elə budəfəki mövzumuz da həkimin hobbisi olan yelkənli sörfinqdir.
Odur ki, “Qafqazinfo” olaraq müsahibimizlə birlikdə Türkan çimərliyinə yollanırıq. Qış aylarında çimərlik sadəcə sörfçülərə xidmət edir. Ona görə də sahildə bir biz, bir də hələ bir neçə aylıq olan, Bob ləqəbli it var.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.