AZ
Video yüklə

"Bacardığım qədər davam edəcəyəm..."

43 baxış Maraqlı xəbərlər
Avstraliyadan olan 51 yaşlı 16 uşaq anası Ceni Bonell bacardığı qədər uşaq dünyaya gətirməyə davam edəcəyini bildirib.

BiG.AZ "Daily Mirror"a istinadən xəbər verir ki, həyat yoldaşıyla bu qərara gəldikləri barədə qadın özlərinin ailəvi "YouTube" kanalında yerləşdirdiyi videoda izləyicilərin suallarını cavablayarkən danışıb.

Bonell cütlüyü 32 il öncə evlənib. Bu illər ərzində onların 9 oğlu və 7 qızı dünyaya gəlib.

Ceni bu yaşda uşaq dünyaya gətirməyin asan olmadığını etiraf etsə də, hazırda hamilə olmadığını, lakin daha bir övladının olmasına sevinəcəyini bildirib. O, hamiləlik dövrünü sevdiyini də dilə gətirib.

"Çox uşağın olması əyləncəlidir. Mümkün olduğu qədər uşaq dünyaya gətirəcəyəm", - deyə Ceni hisslərini ifadə edib.

Bonellər özlərini tam olaraq uşaqların tərbiyəsinə həsr edirlər.

Daha öncə Milad hazırlıqları zamanı Ceni Bonell Yeni ilin böyük ailəyə 3-5 min dollara başa gəldiyini deyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.