Afaq övladlığa uşaq götürür: “Qız uşağı olsun”

  • 24.05.2018
  • 0

Azərbaycanlı müğənni Afaq Aslan övladlığa uşaq götürmək niyyətindədir.


Bu barədə BAKU.WS-ə ifaçının özü məlumat verib. O bildirib ki, artıq bunun üçün addımlar atıb:


“Təbiətcə çox kövrək, rəhmli insanam. Hər zaman efirdə ata-ana qayğısından kənar övlad görəndə ürək ağrısı keçirmişəm. Onlara baxanda içimdən bir arzu keçib ki, kimsəsiz bir uşağı övladlığa götürüm. Valideyn qayğısından kənar qalmış bir körpəni cəmiyyətə yararlı bir şəxsiyyət kimi böyütmək istəyirəm. Bu hələki bir arzu alaraq qalır. Çünki bunun üçün müəyyən qurumlara müraciət etmişəm. Özü də istəyərdim ki, övladım qara dərili və qız uşağı olsun. Çünki qız uşaqlarını daha çox istəyirəm. Onlar valideynlərinə daha vəfalı olurlar”.


BAKU.WS

Nə düşünürsən?