"Maşında oturub, Aygün Kazımovanı güdürdüm"

  • 01.04.2021
  • 0

Müğənni-bəstəkar Rəhim Rəhimli "Özəl" proqramına qonaq olub. 

Unikal.org  xəbər ki, o, aparıcılıq etdiyi ərəfədə Xalq artisti Aygün Kazımova ilə başına gələn hadisədən danışıb:

"Verilişimin ilk buraxılışı idi. Demişdim, Aygün Kazımovanı gətirəcəm. Televiziya rəhbəri dedi ki, bacarmayacaqsan. Çünki o vaxt münasibətimiz yox idi. Dedim ki, gedib düşəcəm arxasınca, onu güdəcəm. Hara getsə, 11-in yarısı çıxar. Oturub maşında onu güdüb, gözləyirəm. Gördüm, 11-ə qalıb 8 dəqiqə, o çıxmır. Proqram da 11-də başlayır. Gördüm çıxdılar komandası ilə birlikdə. Üzü televiziyaya doğru gedirlər. Tez maşınla keçdim, onlardan əvvəl kanala çatdım ki, gəlirlər hazırlaşın. Bu, Aygün Kazımovanın kanala ilk gəlişi idi. Söz verdiyi kimi gəldi".

Nə düşünürsən?