İbrahim Tatlısəsin qızı hücuma məruz qaldı

  • 01.04.2021
  • 0

Məşhur türk müğənni İbrahim Tatlısesin qızına iş yerində hücum edilib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Dilan Çıtak sahibi olduğu gözəllik salonunda çətin anlar yaşayıb. 

Obyektə gələn müştərilər qəfil Tatlısesin qızına və işçisinə hücum çəkib. Hətta salondakı bir işçinin başı yarılıb. 

Faktla bağlı Dilan Çıtak polisə məlumat verib. 

Hadisəni törədənlərin kimliyi araşdırılır.

Nə düşünürsən?