Faiq Ağayev bu müğənni ilə küsülülüklərinin səbəbini açıqladı

  • 08.02.2021
  • 10 baxış
  • 0

Xalq artisti Faiq Ağayev müğənni Aygün Kazımova ilə küsülülüklərinin səbəbini açıqlayıb. Unikal.org xəbər verir ki, müğənni "ATV maqazin onlarla" proqramında incikliyə səbəb sosial şəbəkənin olduğunu deyib: "Bir şirkət tədbir edirdi, dedi ki, ikiniz aparıcı olacaqsınız. Münasibətimizin çox kəskin anı idi. Şirkət dedi küsülü olmanız mənə maraqlı deyil. Aygünlə qolqola çıxdıq səhnəyə. Aygün çəkdi dedi ki, kaş bütün illər dost olardım. İndi biz tez-tez küsüb barışırıq. Məndən bir paylaşım etməyimi istədi, etmədim. Qayıtdı ki, münasibətlərimizə yenidən baxmalı olacam, dedim bax. Bilirəm ki, hara getsədə, qayıdıb üstümə gələcək. Bilir ki, onu mənim qədər sevən yoxdur".

Nə düşünürsən?