Aqşini Türkiyədə “Azərbaycanın Tarkanı” kimi təqdim etdilər

  • 15.03.2021
  • 0

Meyxanaçı Aqşin Fatehin Türkiyədə “Azərbaycanın Tarkanı” kimi təqdim edilməsi müzakirələrə səbəb olub. Belə ki, Türkiyədə olan ifaçı “On10 TV” yutub layihəsində Serkan Aksarın qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, verilişin giriş hissəsində Aqşin barədə kiçik süjet verilib və o, meqastar Tarkana bənzədilib.

Həmçinin, proqram yutub platformasında da “Azərbaycanın Tarkanı danışdı” başlığı ilə yayımlanıb. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Nə düşünürsən?