Afət Fərmanqızı jurnalisti döydürüb?

  • 11.02.2021
  • 480 baxış
  • 0

Müğənni Afət Fərmanqızının fanatı onu təhqir edən şəxsi taparaq döyüb. Unikal.org xəbər verir ki, o, bu barədə “Günə bir şou” proqramında qonaq olarkən söhbət açıb. "Məndən bir jurnalist şikayət edib ki, guya onu döydürmüşəm. Amma mənim heç bu məsələdən xəbərim yoxdur. Mənim dəli fanatım var ki, əlində də ruhi xəstəliyini təsdiq edən sənədi var. Özü də ruhi dispanserdə müalicə alır. O, mənə təhqir yazanları tapıb, döyür. Bu mənim günahım deyil”, -deyə ifaçı bildirib.

Nə düşünürsən?