"Özlərinin istedadı varsa, onlara dəstək lazım deyil. Dəstək vacib deyil. Özü haradansa, harasa vuracaq və çıxacaq. Bizim çox istedadlı gənclərimiz var".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Deməsəm olmaz" proqramında deyib. Müğənni gənclərə dəstəkdən danışıb.
Xanbabayeva estradanın hazırki vəziyyətindən gileylənib:
"Düşünürəm ki, hələ estradamız... Ümid edirəm ki, yaxşılığa doğru gedər. Pozitivə köklənək.
Rəqabət olan yerdə söz-söhbət ola bilər. Bu da gəlib ifrat dərəcəyə çıxır. Amma sağlam rəqabət aparıb, bir-birinə işiylə cavab verəndə, yaxşı olur. Yoxsa o deyir, bu deyir... Bunu çoxdandır qulaqlarım eşitmir".
Müğənni hər zaman ağ və qara geyimlərə üstünlük verməsi haqda suala isə "Həyatın zolağıdır: ağ və qara. Üçüncü var? Ya ağla, ya qara ilə gedirsən, qırmızı ilə getmirsən ki..." cavabını verib.


































