"Yaxşı övlad deyiləm, atam vəfat etdi, anam isə..."

  • 07.06.2021
  • 0

"Mən yaxşı övlad deyiləm".

Bu sözləri müğənni Günel Ələkbərova Lent.az-ın canlı yayımında qonaq olan zaman deyib:

"Atam illər öncə dünyasını dəyişib. Anam sağdır. Mən hər zaman ailəcanlı olmuşam. Ailəmi, doğmalarımı və onların doğmalarını düşünmüşəm. Son iki ilə qədər düşünürdüm ki, yaxşı övladam. Hər bir ananın arzusudur ki, qızını gəlinlikdə görsün, amma anam görmədi. O tərəfdən onları sevindirə bilmədim. Başqa mövzularda özümü yaxşı övlad sayırdım. Amma, sən demə, elə deyilmiş.

İnsan kimi qəlbimdə çox yaralar var. Bu yaralar kənardan yox, doğmalarımın yaralarıdır. Bu yaralar elə məndə də qalacaq. Heç zaman kimsəyə deməyəcəm. Haqsızlığı heç zaman bacarmıram".