Tanınmış teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) son vaxtlar əqli qüsurlu şəxslərin məsxərəyə qoyularaq videoya çəkilməsi və sosial şəbəkələrdə paylaşılmasına münasibət bildirib. Tolik bu mövzu ilə bağlı "Instagram" hesabında bir video paylaşaraq cəmiyyətin bu davranışına sərt reaksiya göstərib.
O, paylaşımında bu sözləri qeyd edib:
"Bəzən cəmiyyətimizdə mərhəmət və duyarlılıq maskası altında insanların davranışları tam əksini göstərir. Əqli qüsurlu və ya fiziki məhdudiyyətli insanları məsxərəyə qoyaraq sosial şəbəkələrdə diqqət çəkməyə çalışmaq həm insanlıqdan, həm də əxlaqdan uzaqdır. Belə davranış ciddi bir empatiya çatışmazlığından xəbər verir. Sizcə, bu məsələdə cəmiyyətin maarifləndirilməsi daha təsirli olarmı?"
Tanınmış teleaparıcının bu çağırışı izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Çoxları onun fikirləri ilə razılaşaraq belə halların qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb.