"Başa düşürəm, bu işdə qəşəng pullar var, böyük bir biznes sahəsidir. Kim istəyər o pullardan imtina etsin? Amma vicdan məsələsi də var. Qadın gəlir, ilk uşağıdır. Deyirlər ki, körpənin başına göbək dolanıb, vəziyyət dəhşətdir, qeysəriyyə ilə çıxarılmasa, tələf olacaq. Hamı qorxuya düşür. Təki qeysəriyyəyə yönəltsinlər".
BU sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, həkimləri ana olmağa hazırlaşan qadınları qorxuya salaraq, məcburi qeysəriyyə əməliyyatlarına yönləndirmələrini tənqid edib:
"Vicdan deyilən məsələ var. İnsan tanıyıram, deyiblər, uşağın göbəyi dolanıb, o da söyləyib ki, dolansın, qoy tələf olsun, uşaq mənimdir. Maşallah, uşaq indi başğçaya gedir. Həkimlər qeysəriyyə üçün insanları vicdansızcasına qorxuya salırlar. Birinci də qeysəriyyə oldu, digərləri də mütləq elə olur. Həkimdə vicdan olmalıdır.
Deyirlər ki, o pulu elə yeyəsən ki, həmişə yeyəsən. Bu gün bu sahədə kifayət qədər vicdansız həkimlər var. Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar. Qarşıdan da müqəddəs Ramazan ayı gəlir. Belə həkimlərin də çoxu oruc tutacaqlar. Allah qəbul eləsin. Bu haqda nəsə demək mənim həddimə deyil. Amma qadınları qorxu ilə qeysəriyyə əməliyyatına yönləndirirlər. Onların yaxını, tanışı olaraq demək istəyirəm ki, insan belə halda halallıq vermək istəmir. Pul çox şeydir, amma hər şey deyil. Bəyənmədiyimiz Avropada ana ilə uşaq ölüm ayağında olarsa, risk yaranarsa, qeysəriyyə ilə uşağı çıxarırlar. Bizdə isə yox, hamı qeysəriyyə əməliyyatı edilir".