Müğənni Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə birlikdə yeni paylaşımı ilə diqqət çəkib.
"Yeni Sabah" xəbər verir ki, sənətçi sosial media hesabında həyat yoldaşı ilə birgə görüntülərini yayımlayıb. Safurə paylaşımında evliliklərinin 13-cü ildönümünü qeyd etdiklərini bildirib.
“Heç bir söz belə bir sevgini təsvir edə bilməz. Dünən bizim ildönümümüz idi. İldönümümüz mübarək!” - deyə o, paylaşımında yazıb.
Qeyd edək ki, Safurə və Fərhad Əliyev cütlüyünün 3 övladı var. Onlar hazırda Türkiyədə yaşayırlar.





























