Qardaşını axtaran meyxanaçı: “Atam son nəfəsində dedi ki...”

  • 18.03.2018
  • 0

25 il öncə xəbər-ətərsiz yoxa çıxan qardaşını axtaran meyxanaçı-müğənni Samirə Yusifqızı onunla bağlı şok detallar açıqlayıb. Yenicag.az-a danışan Samirə axtardığı qardaşının ögey olduğunu bildirib: “Biz iki bacı, bir qardaşıq. O qardaş da indi yanımızda yoxdur. Fərhad ögey qardaşımdır. Onun anası Yelena yəhudi qızı idi. Atam rəhmətə gedəndə Fərhad balaca idi. Atam qəfildən dünyasını dəyişdi, amma son nəfəsində dedi ki, oğlumu çağırın. Təəssüf ki, nə Yelena, nə də Fərhad atamın yasına gəlmədilər. Çünki artıq onda ayrılmışdılar. Bəlkə də qəbri üstə gediblər, deyə bilmərəm. Fərhad anası ilə birgə yoxa çıxıb. Yelenanın Amerikada qardaşları yaşayırdı. Bəlkə də onların yanına gediblər. Bəlkə də elə Azərbaycandadır. Heç bir əlaqəmiz yoxdur. Ortaq qohumlar da yoxdur ki, məlumat öyrənək. Fərhad bizə bir məktub belə göndərməyib. Heç bilmirəm anası sağdı, yoxsa dünyasını dəyişib”. Samirə qardaşından bir yadigar saxladığını da deyib: “Biz əvvəllər çox mehriban idik, atam Yelenadan ayrılandan sonra münasibətlər gərginləşdi. Qardaşımla ortaq bir oyuncağımız vardı. Onu hələ də saxlayıram. Son vaxtlar Fərhadı tez-tez yuxuda görürəm, nəsə ürəyim sızıldayır. Bəlkə də başına bir iş gəlib. Onu axtarıram. Allahdan arzum budur ki, qardaşımı tapım”.

Nə düşünürsən?