"Ona ayıb olsun" - Azər qızının müəlliməsi haqda

  • 03.05.2018
  • 0

Aparıcı Azər Zahid qızı Diləyin müəlliməsini tənqid edib. Axşam.az-ın məlumatına görə, Azər öz sosial media hesabından qızı ilə birgə video paylaşıb. Bildirib ki, qızının müəlliməsi uşaqları düzgün tərbiyələndirmir: "Deməli, Dilək məktəbə hazırlıq kursuna gedir. Orada müəllimə uşağa düzgün informasiya vermir, yaxşı tərbiyə etmir. Sadəcə, həmin Sevinc müəlliməyə ayıb olsun. Özüm araşdırıb tapacam. Həmin müəlliməyə buradan bir kəlmə bunu deyəcəm: Yəqin Sevinc müəllimə öz atasına hörmət etməyib. Ya da ki, atası ona atalıq etməyib deyə , o atalar haqqında elə fikirləşir. Ya da ki, nə isə…”.

Nə düşünürsən?