AZ
Video yüklə

Namiq Qaraçuxurlu rusiyalı model ilə klip çəkdirdi

22 baxış Maqazin xəbərləri
Meyxanaçı Namiq Qaraçuxurlu yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, ifaçı musiqisi Elçin Cəfərova, sözləri özünə məxsus olan “Acı bibər”mahnısını ekranlaşdırıb.
Natiq Zeynalovun rejissorluq etdiyi klip Qaraçuxurlunun rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Layihədə Namiqin tərəf müqabili rusiyalı model Kristina Samarina olub.
Qeyd edək ki, meyxana ifaçısı sonuncu dəfə ötən ilin martında “Soyuqdur” adlı klipini təqdim etmişdi. 3 milyondan çox baxış toplayan layihədə sənətçi rusiyalı model Taşa Turova ilə kamera qarşısına keçmişdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.