"Allah insana hər şey vermir. Nə verirsə, digərini alır. Aldığının əvəzinə daha böyük, səni həyata tutunacaq, bağlayacaq bir şey verir. Övladım və sənətim məni həyata bağlayacaq ən böyük nemət oldu. Bunları yaşamasaydım, bu gün belə insan olmazdım".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Şou ATV" verilişində deyib. Həyatından danışan müğənni göz yaşlarını saxlaya bilməyib. İfaçı aparıcı Nanə Ağamalıyevanın "Qısqanclıq olub" sualına belə cavab verib:
"Qısqanclığın qurbanı olmuşam. Bunlar insanı ayaqda tutur. Sənin mübarizliyini, prinsipiallığını artırır. Sənətində sıçrayışlar edir. İnsanlar, hadisələr, olduğun mühit səni yorur. Çəkilirsən tənhalığa. Həmin zaman necə güclü insan olduğun görünür. Təklik Allaha məxsudur. Sən Allaha sığınaraq yerdə tənhalıqla xoşbəxt olursansa, ən güclüsən. Bir zaman dostlarım, yaxınlarım arasında insanların simasız olduğunu gördüm. İnsanların daxilində nələr var imiş. Əslində sən onlara dost olmusan, onlar sənə yox. İnsan tənha olanda öz gücünü hiss edir".