Elməddin Cəfərov ilk dəfə xanımı ilə görüntülənib

  • 25.06.2023
  • 0

Aktyor Elməddin Cəfərov ilk dəfə həyat yoldaşı ilə görüntülənib.

Metbuat.az xəbər verir ki, "Zaurla Günaydın" aktyorun Gəncədəki evində qonaq olub. Elməddin Cəfərovun xanımı Zema heç vaxt görüntüsünün yayılmadığından danışıb. O bildirib ki, bunu ona Elməddin qadağa qoymayıb.

"Bu, mənim öz seçimimdir",- deyə, o, bildirib.

Zema müəllim çalışdığını, bir neçə kitabın müəllifi olduğunu deyib.

Qeyd edək ki, cütlüyün 2 oğul övladı var.