AZ
Video yüklə

DYP Hüseyn Əzizoğlunun "Niva"sını əlindən aldı

218 baxış Maqazin xəbərləri
Məşhur videobloger Hüseyn Əzizoğlunun avtomobili cərimə meydançasına aparılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, blogerə məxsus "10 SL 019" dövlət nömrə nişanlı "Niva" avtomobilində konstruksiya dəyişikliyi olub.

Avtomobilə quraşdırılmış ksenon işıqlar, bu avtomobil üçün nəzərdə tutulmamış fara və əlavə stoplar, eyni zamanda 25%-lik plyonka və bir neçə digər avadanlıqlar qanunda nəzərdə tutulmuş qaydalara ziddir.

Hüseyn Əzizoğlu BAKU.WS-ə açıqlamasında avtomobilinin cərimə meydançasına aparıldığını təsdiqləyib. DYP-dən də bildirilib ki, həmin "10 SL 019" dövlət nömrə nişanlı avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb.

Abbas
BAKU.WS

Tanınmış vayner Hüseyn Əzizoğlunun idarə etdi “NİVA” markalı avtomobil diqqət çəkib. Belə ki, bu yaxınlarda avtomobilinin nömərsini dəyişən vayner avtomobilə etdiyi konstruksiya dəyişikliklərini bir az da artırıb. Xüsusilə qadağan olunmuş ksenon işıqlar, bu avtomobil üçün nəzərdə tutulmamış fara və əlavə stoplar eyni zamanda 25%-lik plyonka, salonda səsgücləndirici və bir neçə digər avadanlıqlar olan avtomobil qanunda nəzərdə tutulmuş qaydaları tamamilə pozur.
Cəmiyyətə hər zaman sosialyönümlü mesajlar verən vayner görəsən niyə özü qaydalara əməl etmək istəmir? Axı onun minlərlə izləyicisi və onu özünə örnək götetmək istəyən gənclər ola bilər. İnsanlara verilən sosial mesajlar hara, bu cür qayda pozmaq hara? Onun bu cür davranışı belə təəssürat yaradır ki, yol polisi Hüseynə güzəşt edir. O zaman digər avtomobil həvəskarları bizə sual ünvanlayır - Qanun hamı üçün deyil?

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.