Ötən gün gənc istedadlı müğənni Sofi Fayrın (Səbinə Şahmədova) klip təqdimatı olub. O, öz müəllifi olduğu “Sweet Love” yay trekini təqdim edib.
Sfera.az bildirir ki, klipdə müğənni özü insanları birləşdirən sevgi mələyi (kupidon) rolunda çıxış edir.
Klipdə müğənni adi insanları nümayiş etməklə onların hiss və istəklərini göstərib.
Qeyd edək ki, Sofi Heat “Jara” Festivalının iştirakçısı, bəstəkar və mahnı müəllifidir. O, həm də “Dünya Rus Gözəli 2021” beynəlxalq festivalı çərçivəsində aldığı “Dünyanın ən gözəl Azərbaycan qadını” titulunun sahibidir.