Demet Akalının da içərisində olduğu gəmi batdı

  • 25.08.2023
  • 0

Konsert məkanına getmək üçün dəniz yolunu seçən Demet Akalın olduğu gəmi qəza törədib.

Metbuat.az xəbər verir ki, sənətçinin olduğu gəmi limana çırpılıb.

Demet Akalın yaşadıqlarını "İnstagram" izləyiciləri ilə bölüşüb.

Alnındakı şişkinliyi göstərən Demet Akalın dostlarından birinin də əlinin əzildiyini deyib:

"Yaxşıyam, narahat olma. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tək qoymaq istəmədim. Çox ağır gəmi qəzası keçirdik. Mən əslində gecələr belə şeylərdən istifadə etmirəm amma 20 dəqiqəyə çatarıq deyə buna razılaşdım. Qayıq saniyələr içində batdı. Necə sağ qaldıq?Anlaya bilmirəm".

Müğənni qəzaya səbəbin limanda işıqların yanmamasını göstərib.

Nə düşünürsən?