Baloğlan Əşrəfov hansı səbəbdən xəstəxanaya getməyib?

  • 08.02.2022
  • 0

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov “O üz” proqramında qonaq olub.

Verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:

“Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürdük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənlənmək istəyirəm”.

Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.