AZ
Video yüklə

Nadir Tünzalə ilə barışdı

12 baxış Maqazin xəbərləri
Müğənni Nadir Qafarzadə küsülü olduğu Xalq artisti Tünzalə Ağayeva ilə barışıb.

Axşam.az xəbər verir ki, Ağayeva şair Nazilə Səfərlinin oğlunun toy mərasiminə qatılıb. Tünzalə səhnədə oxuyan zaman Nadir ona yaxınlaşıb və onunla rəqs edib.

Qafarzadə həmin görüntüləri instaqram hesabında yayımlayıb.

Qeyd edək ki, ifaçılar arasında inciklik Nadirin oğlu Loğmanın toyunda baş vermişdi. O, Tünzaləni toya dəvət etdiyini, amma qarşı tərəfin gəlmədiyini bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.