“Avroviziya"nın qalibi müsabiqənin baş mükafatını sındırdı

  • 12.05.2024
  • 0

“Avroviziya 2024”ün isveçrəli qalibi Nemo müsabiqənin bağlanış mərasimində çıxışı zamanı müsabiqəsinin baş mükafatı olan büllur mikrofonu  təsadüfən səhnədə sındırıb.

Ucnoqta.az xəbər verir ki, isveçrəli müğənni Nemo mahnı təsadüfən sındırdığı üçün çox üzülüb. O, baş verənlərlə bağlı İnstaqram səhifəsində danışıb.

“Bunun baş verdiyinə inana bilmirəm, kuboku sındırdım".

Qeyd edək ki, İsveçrə Malmödə keçirilən mahnı müsabiqəsində Nemonun “The Code” mahnısı ilə 591 xalla qalib olub. O, münsiflər heyətindən 365 bal və izləyicilərdən 226 xal toplayıb.

Nə düşünürsən?