Masallıda ölən şəxsə şəxsiyyət vəsiqəsi verdilər

  • 11.09.2024
  • 0

Masallı regional ASAN xidmət mərkəzindən Həsənov Samirin 2002-ci ildə öldüyü barədə arayış verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ARB TV-də yayımlanan "Səni Axtarıram" verilişində məlum olub. Öldüyü barədə sənəd verilmiş Həsənov Samir İlqar oğlu 2024-cü il may ayında şəxsiyyət vəsiqəsi alıb. Verilişə birbaşa bağlantı quran Həsənov Samir bildirib ki, qohumları tərəfindən torpaq sahəsini satmaq üçün onun öldüyü barədə sənəd alıblar.

Ətraflı süjetdə: