Afət Fərmanqızı izləyicisini belə alçaltdı

  • 19.08.2023
  • 0

Müğənni Afət Fərmanqızı onu təhqir etdiyini iddia etdiyi izləyicisini alçaldaraq videosunu yayıb.

7Times.az Avropa.info-a istinadən xəbər verir ki, o, təhqir yazdığını iddia etdiyi kişi izləyicisini tapdıraraq, onu təhqiramiz formada üzr istədib.

Yayılan videoda şəxsin öz yaxınlarını təhqir etməyə məcbur edildiyi görünür.

“Afət xanım, sizə yazdığım sözlərə görə dönə-dönə üzr istəyirəm, məni bağışlayın. Qələt etmişəm… Sənə yazdıqlarım öz ailəmə, uşağıma getsin. Bir də belə iş görmərəm, səndən üzr istəyirəm, sənə nə yazmışamsa, uşağıma, atama, anama getsin… Bağışla! Bir də belə qələtlər etmərəm”, – izləyici bildirib.

Sosial media istifadəçiləri Afət Fərmanqızının yaydığı bu videoda cinayət tərkibi olduğunu bildirərək, hüquq-mühafizə orqanlarından müğənni haqda araşdırma aparmağı tələb ediblər.

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?