Xəbər verdiyimiz kimi, “Rusiya 1” telekanalında yayımlanan “Udivitelnıe lyudi” şousuna 6 yaşlı azərbaycanlı iştirakçı Ruslan Səfərov da qatılıb. Oxu.Az xəbər verir ki, həmyerlimiz şounun final mərhələsinə qədər addımlaya bilib. O, riyazi bilik qabiliyyəti nəticəsində növbəti dəfə də izləyiciləri təəccübləndirməyi bacarıb. Qeyd edək ki, şounun qalibi 23 yaşlı Roman Straxob olub.