Santuşu bəyənmiriksə nə deyim

  • 23.03.2025
  • 0

"Əgər belə bir milli komandanın baş məşqçisini bəyənmiriksə nə deyək. Adam hansı futbolçularla hansı nəticlərə qazanıb göz önündədir".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri "Sumqayıt" klubunun baş məşqçisi  Vaqif Cavadov CBS Sporta-a müsahibəsində deyib.

"Bəli bu gün nəticə olmaya bilər. Altı ay ərzində qələbə istəmək möcüzədir. Biz gözləməliyik ondan sonra deyə bilərik ki, Azərbaycan millisində alınmadı. Onun nəticələrinə, onun işinə heç bir mütəxəssis irad tuta bilməz. Adam Avropa çempionu olub və işlədiyi klublarda nəticələr qazanıb. Ola bilsin sonradan hansısa nəticələr olmayıb. Sadəcə iki il gözləmək lazımdır. Ondan sonra qərar verilməlidir.

Nə düşünürsən?